İranda İsrailin "Mossad" kəşfiyyat xidmətinə casusluqda təqsirli bilinən Ruzbex Vadi edam edilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məhkəmənin qərarına əsasən, o, İranın nüvə proqramı ilə bağlı gizli məlumatları "Mossad"a ötürməkdə ittiham olunurdu.
Mənbənin sözlərinə görə, bütün hüquqi prosedurlar başa çatdıqdan sonra Ali Məhkəmə çıxarılmış hökmü qüvvədə saxlayıb və ölüm hökmü icra olunub.