İran parlamentinin plenar iclasından yayılan görüntülər sosial mediada böyük müzakirələrə səbəb olub.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Millət vəkillərinin iclas zalında bu cür rahatlığı sosial şəbəkə istifadəçilərinin həm gülüşünə, həm də tənqidinə tuş gəlib.
Görüntülərdə bəzi deputatların ayaqlarını masanın üzərinə qoyaraq iclası izlədikləri, digərlərinin isə oturacaqları kənara qoyub yerdə əyləşdikləri görünür.
Bildirilir ki, parlamentin iclası sanki qanunvericilik orqanı yox, uzun səfər zamanı yolda yorulan turistlərin dincəlməsi təsirini bağışlayır.