İranda 7 yaşlı qızı zorlayaraq qətlə yetirən qatil ictimaiyyət qarşısında edam edilib.
Oxu.Az Publika.az saytına istinadən xəbər verir ki, hadisə İranın Neyşəbur şəhərində baş verib.
Məlumata görə, Mehdi adlı 37 yaşlı qatil şəxsi mübahisələrə görə intiqam almaq məqsədilə öldürdüyü qızın bibisinin əri olub. Belə ki, o, əvvəlcə qızı oğurlayıb şəxsi mənzilinə aparıb. Daha sonra azyaşlıya təcavüz edərək qətlə yetirib. Cinayəti törətdikdən sonra qızın cəsədini atasının bağında basdırıb. O, törətdiyi cinayətdən iki gün sonra tutulub.
Qatil ictimaiyyətin gözü qarşısında edam edilib.

A.M.