İranın hüquq-mühafizə orqanları Avropa ölkəsinin vətəndaşını İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edərək saxlayıb.
Oxu.Az-ın İran dövlət televiziya və radio şirkətinə istinadla verdiyi məlumata görə, bu barədə Həmədan vilayətinin prokuroru Abbas Nəcəfi məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxs ölkəyə turist adı altında daxil olub və əslində casusluq fəaliyyəti ilə məşğul olub:
"O, İranda kəşfiyyat şəbəkələrinin yaradılması, məlumatların toplanması və raket əleyhinə sistemlərin sıradan çıxarılması üzrə tapşırıqları yerinə yetirib", - deyə Nəcəfi qeyd edib.