Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
İranda hicaba əməl etməyənlərin həbs olunması təklif edildi - FOTO
İran parlamentinin Hüquqi və Məhkəmə Komissiyasının sədr müavini Həsən Novruzi Dövlət Radio-televiziya Təşkilatının canlı efirində hicaba riayət etməyənlər barədə həbs cəzası təklif edib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
“Radio-televiziya Təşkilatında şıltaq hicablılar olmamalıdırlar. Hicaba riayət etməyənlərə qarşı 10 gündən 2 ayadək həbs cəzası qanunu tətbiq edilməlidir”, - deyə o qeyd edib.
Qeyd edək ki, İran cəmiyyətində “Qadın, Həyat, Azadlıq” etiraz şüarları ilə məcburi hicab qanunlarına riayət edilməməsi molla hökuməti üçün böyük problemə çevrilib.
"İran" teqi üzrə xəbərlər
Ən çox oxunanlar