Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İrandan xəbərdarlıq: Fələstin-İsrail münaqişəsi genişlənə bilər
İsrail Qəzza zolağına zərbələrini davam etdirsə, Fələstin-İsrail münaqişəsinin miqyası genişlənə bilər.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşündə deyib.
O, həmçinin israili dayandırmaq üçün İslam ölkələrinin kollektiv səfərbər edilməsini istəyib.
Abdullahian qeyd edib ki, “digər ölkələrə təmkin nümayiş etdirməyi tövsiyə edən ABŞ” İsrailə dəstəyini artırıb. Nazir əlavə edib ki, deeskalasiyada maraqlı olan tərəflər İsrailin Qəzza zolağına zərbələrini dayandırmalıdır.
Mənbə: TASS
"Fələstin" teqi üzrə xəbərlər
- İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı
- Trampın Qəzza planı: Fələstinlilərin İndoneziyaya deportasiya ediləcəyi iddia olunur
- Qəzza razılaşması pozuldu: İsrail HƏMAS-ı günahlandırır
- Ərdoğan: "Suriya bölünməyəcək, Fələstin dövləti mütləq qurulacaq"
- Antoni Blinken: "ABŞ İsrail və HƏMAS arasında danışıqları iki həftəyə başa çatdırmaq istəyir"
Ən çox oxunanlar
Rəylər