İranın cənubunda baş verən 5,1 maqnitudalı zəlzələ nəticəsində dörd nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli televiziyaya istinadən “Associated Press” məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Fars vilayətinin Honc şəhərinin yaxınlığında yerləşən kəndlərin birində baş verib.
Telekanalın məlumatına görə, ölənlər xarici vətəndaşlardır. İlkin məlumata görə, bu yerli fermalarda çalışan Əfqanıstan vətəndaşlarıdır.
Avropa Aralıq dəniz Seysmoloji Mərkəzinin məlumatına görə, saat 02:33-də baş verən zəlzələnin ocağı Şiraz şəhərindən 170 km məsafədə yerləşir. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.
N.O.
www.oxu.az