İranın daxili işlər naziri İskəndər Momeni İslamabada səfəri çərçivəsində ölkə Prezidenti Məsud Pezeşkianın məktubunu Pakistanın rəhbərliyinə təqdim edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Pakistanın Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Telekanalın müsahibinin sözlərinə görə, İran nazirliyinin rəhbəri İslamabada Prezident Pezeşkiandan mövcud vəziyyətlə bağlı mesaj aparır.
Bir müddət əvvəl kütləvi informasiya vasitələri İranın DİN rəhbərinin nümayəndə heyəti ilə birlikdə Pakistana ikigünlük səfər edəcəyi və bu müddətdə ölkə rəhbərliyi ilə görüşlər keçirəcəyi barədə xəbər veriblər.
Fars körfəzi zonasında vəziyyət iyulun əvvəlində Hörmüz boğazında ticarət gəmilərinə edilən bir sıra hücumlardan sonra gərginləşib. Bunun ardınca ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başlayıb, daha sonra isə ABŞ Prezidenti Donald Tramp Tehranla atəşkəs memorandumunun artıq qüvvədə olmadığını bildirib.