Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranın mümkün cavabını gözləyən İsrail ordusu hazırlıq səviyyəsini artırıb
İsrail Müdafiə Ordusu (SAXAL) İranın İsrailin hücumuna mümkün cavabı ərəfəsində hazırlıq səviyyəsini artırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, vəziyyəti qiymətləndirmək üçün bütün ordu birliklərində və SAXAL-ın Baş Qərargahında gündəlik toplantılar keçirilir. İsrailin hava qüvvələri və hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətindədir.
"Xarici KİV-də yayılan xəbərlərə baxmayaraq, cavabın dəqiq vaxtı barədə təsdiqlənmiş məlumat yoxdur", - qəzet öz mənbələrindən sitat gətirir.
Nəşr həmçinin təhlükəsizlik rəsmilərinə istinadən iddia edir ki, Tehran hələ də cavab variantlarını və miqyasını nəzərdən keçirir və İsrail hərbçiləri İranın birbaşa İrandan deyil, Suriya, Yəmən və ya İraqdan cavab verəcəyini istisna etmir.
İsrail ordusunun mətbuat xidmətinin verdiyi məlumata görə, Livandan "Hizbullah" təşkilatının İsrail ərazisinə 90-a yaxın raket atdığı qeydə alınıb.
"İran-İsrail münaqişəsi" teqi üzrə xəbərlər
- SEPAH generalı: "Doğru Vəd-3" əməliyyatı yerinə yetiriləcək"
- BƏƏ-də israilli ravvini qətlə yetirən şəxslərin kimliyi müəyyən edildi
- Xameneinin müşaviri: "İran İsrailə qarşı cavab hazırlığı görür"
- Netanyahu: "İsrail İranın nüvə proqramına zərbə vurub"
- İran prezidenti: "Ölkə istənilən düşmən addımına cavab verəcək"
Rəylər