Bağdad yaxınlığında yanacaqdoldurma məntəqəsində törədilən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
Bu barədə Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Məlumata görə, terrorçu-kamikadze minalanmış avtomobili Hilə şəhərində yanacaqdoldurma məntəqəsində partladıb. Partlayış baş verə an yanacaqdoldurma məntəqəsində iranlı zəvvarlarla dolu bir neçə avtobus olub.
Partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
20:09
İraqın əl-Hilla şəhərində törədilmiş partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə cümə axşamı, noyabırn 24-də, “Reuters” nəşri yazır.
Bildirilir ki, ölənlərin əksəriyyəti iranlı zəvvarlardır. Müqəddəs şəhər sayılan Kərbəladan qayıdan zəvvarlar yanacaqdoldurma məntəqəsinin ərazisində kafedə istirahət üçün dayanıblar. Bir müddət sonra YDM-ə minalanmış yük avtomobili daxil olub, terrorçu-kamikadze partlayıcı qurğunu işə salıb.
Partlayışa görə məsuliyyəti öz üzərinə “İslam dövləti” terror təşkilatı götürüb.
S.B.
www.oxu.az