Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İrəvanda vəziyyət gərginləşdi: "Vətən naminə Tavuş" hərəkatının tərəfdarları saxlanılır
İrəvanda etiraz aksiyaları davam edir və vəziyyət getdikcə gərginləşir.
Belə ki, parlament binası yaxınlığında toplanan "Vətən naminə Tavuş" hərəkatının tərəfdarlarının saxlanılmasına başlanılıb.
Bununla bağlı "Telegram"ın Ermənistan seqmentində videogörüntülər yayılıb.
Görüntülərdə polis qüvvələrinin etirazçılarla sərt rəftar etdiyi və güc tətbiq edərək, sürüyərək maşınlara mindirdiyi kadrlar əks olunub.
Məlumata görə, saxlanılanlar arasında erməni bloqer David Minasyan da var.
Ermənistanda "Vətən naminə Tavuş" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ötən gün siyasi qüvvələrlə qısa müzakirələr aparıb.
Bununla bağlı Ermənistan KİV-də yazı dərc olunub.
Yepiskop gələn həftə üçün planını təqdim edib, lakin təfərrüatını çox açıqlamayıb. O bildirib ki, təfərrüatdan danışmayacaq, çünki istənilən situasiya müəyyən məcburi hərəkətlərə gətirib çıxara bilər. Üstəlik, Baqrat Qalstanyan informasiya sızdırılmasının qarşısını almaq üçün ilk gündən çox ehtiyatlı olub. Baqratın sözlərinə görə, 12 iyun həlledici gün olacaq.
"Siyasətçilər maraqlanırlar: əgər kritik kütlə toplanarsa, o zaman növbəti addım nə olacaq? Yepiskop sualı cavabsız qoyub və deyib ki, qoy yığışsınlar, baxarıq. Yeri gəlmişkən, hakim komanda daxilində bu günlərdə hadisələrin mümkün inkişaf ssenariləri ilə bağlı fəal daxili müzakirələr gedir. Ehtiyat edilir ki, 30 min insan parlamentin qarşısına toplaşarsa, onlar binaya hücum edəcəklər, bu halda da hüquq-mühafizə orqanlarının əməkdaşları tədbirlər görməyə və həmçinin bu zaman silahlardan da istifadə etməyə məcbur olacaqlar", - deyə vurğulanıb.
"Baqrat Qalstanyan" teqi üzrə xəbərlər
- Ermənistanda Nikol Paşinyana qarşı cinayət işinin açılması tələb edilir
- Ermənistanda hakimiyyət əleyhinə aksiya: Konstitusiya Məhkəməsinin binasına doğru yürüş keçirilir
- Ermənistan müxalifəti xalqa müraciət etdi
- Ermənistan müharibəyə sürüklənir: Diplomatların yerinə, hərbçilər danışa bilərlər
- Ermənistan müxalifəti yenidən mitinq keçirəcək