Avqustun 30-da Ermənistanın paytaxtı İrəvanın mərkəzində atəş səsləri eşidilib.
Oxu.Az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan İstintaq komitəsi faktla bağlı cinayət işinə başlayıb.
Bildirilir ki, avqustun 30-da saat 22:10 radələrində Əmiryan küçəsində dava baş verməsi və atəş səslərinin eşidilməsi haqqında siqnal daxil olub.
Hadisə yerinə baxış keçirərkən “Voltran” sistemli tapança, 1 patron və 1 giliz aşkarlanıb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, təhqiqat gedir.