“İslam dövləti” terror qruplaşmasının yaraqlıları Mosulun mərkəzində doqquz nəfəri diri-diri yandırdılar.
Oxu.Az xəbər verir ki, bu barədə “As-Sumariya” kanalı Naynava əyalətinin təhlükəsizlik qüvvələrində olan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İraqın hökumət qüvvələri ilə hərbi qarşıdurmadan xilas olmaq üçün doqquz terrorçu qaçmağa cəhd edib, amma İŞİD yaraqlıları tərəfindən ələ keçiblər. Əl-ayaqları kəndirlənən fərariləri içində neft olan çalaya ataraq diri-diri yandırıblar.
N.О.
www.oxu.az