İŞİD terror qruplaşması dəhşətli edamlarını davam etdirir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hərbi qruplaşma üzvləri İraqın Ninova şəhərində daha bir qətliama imza atıb.
Oğurluq edən bir nəfər başına beton atılaraq, digərinin isə başı kəsilərək cəzalandırlıb.
İkinci qurban isə Rakka şəhərində falçılıqla məşğul olduğu iddia edilir. Hər kəsin olduğu mərkəzi meydana gətirilən falçının başı kəsilib.