İŞİD terror qruplaşmasının yaraqlıları İraqda ABŞ istehsalı olan “Abrams” tankını vurublar.
Oxu.Az-ın Lenta.ru-ya istinadən məlumatına görə, hadisənin görüntüləri internetdə bazar ertəsi, oktyabrın 24-də, yayılıb.
İraq ordusunun zirehli texnikası Mosul şəhərindən cənubda tank əleyhinə raketlə vurulub.
Heyətin taleyi barədə məlumat yoxdur. İraq ordusunun rəhbərliyi hələlik itkilər barədə rəsmi açıqlama verməyib.
S.B.
www.oxu.az