İspaniya hökuməti Kataloniya parlamentinin buraxılmasına dair qərar qəbul edib.
Oxu.Az-ın Reuters-ə istinadən məlumatına görə, bu barədə İspaniyanın baş naziri Mariano Rahoy bəyan edib.
Kataloniya rəhbəri Karles Puçdemon və onun rəhbərlik etdiyi hökumət üzvləri vəzifələrindən kənarlaşdırılıblar.
Parlamentə növbədənkənar seçkilər dekabrın 21-də keçiriləcək.
S.B.
www.oxu.az