İspaniya hökumətinin sədri Mariano Rahoy Kataloniyada qanuniliyin bərpa olunacağına söz verib.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə İspaniya hökumətinin rəhbəri özünün "Twitter" səhifəsində Kataloniya parlamenti səs çoxluğu ilə müstəqilik haqqında Bəyannaməni qəbul etdikdən dərhal sonra yazıb.
“Mən bütün ispaniyalıları sakitləşməyə səsləyirəm. Hüquqi dövlət Kataloniyada qanuniliyi bərpa edəcək”, - Rahoy yazıb.
N.O.