Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İsrail "Hizbullah"ın raket qüvvələrinin başçısını məhv etdi
İsrail Müdafiə Ordusu (SAXAL) Livanın sahil sektorunda "Hizbullah"ın raket qüvvələrinin komandanını hava zərbəsi ilə məhv edib.
Bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.
"Bazar ertəsi Livanın Tir bölgəsində İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə zərbə endirərək, "Hizbullah"ın raket qüvvələrinin sahil sektorundakı komandiri Qassem Saqlavini məhv edib. Saqlavi Livanın sahil sektorundan İsrailə çoxsaylı raket hücumlarının planlaşdırılmasına və həyata keçirilməsinə cavabdeh olan terrorçu idi", - məlumatda bildirilir.
Həmçinin qeyd olunub ki, gecə saatlarında "Hizbullah" tərəfindən Qərbi Qalileyaya atılan bir neçə raket yaşayış olmayan ərazilərə düşüb. Cavab olaraq, SAXAL-ın qırıcıları Livanın cənubundakı Ramyer bölgəsində "Hizbullah"ın raket buraxan qurğusuna zərbələr endirib.
Mənbə: "Israel Defense Forces" "Telegram" kanalı
"İsrail" teqi üzrə xəbərlər
- Stiv Uitkoff: "HƏMAS Qəzzada uzun müddət qalsa, münaqişə heç vaxt bitməyəcək"
- İsrail ötən ildən bəri ilk dəfə Livan ərazisindən atəşə tutuldu: Cavab əməliyyatına başladı
- İsraildə məhkəmə ŞABAK rəhbərinin istefa prosesini dayandırıb
- HƏMAS İsraili raket atəşinə tutduğunu etiraf edib
- İsrail Qəzzanın şimalında yerüstü əməliyyata başladı