İsrailin Hərbi-Siyasi Kabineti İordan çayının Qərb sahilində uzun illər ərzində ilk yəhudi məskəninin tikintisini yekdilliklə təsdiq edib.
Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Binyamin Netanyahu öz “Facebook” səhifəsində yazıb.
“Baş nazir Netanyahunun rəhbərlik etdiyi Hərbi-Siyasi Kabinet Amon sakinləri üçün Şilox vadisi ərazisində yeni qəsəbənin salınmasına razılıq verib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, hazırda 2 minə yaxın evin tikintisi planlaşdırılır.
A.S.
www.oxu.az