Şamaxı və Xaçmazda yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu, Sabir qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 150 kvadrat metr olan 1 mərtəbəli 4 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları və evə bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 150 kvadrat metr olan 1 mərtəbəli 6 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları 8 kvadrat metr sahədə yanıb. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.
Xaçmaz rayonu, Suxtaqalaqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 kvadrat metr olan talvarın yanar konstruksiyaları 10 kvadrat metr sahədə və altına yığılmış 50 ədəd taxta taralar yanıb. Yanğından talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub.
A.S.
www.oxu.az