Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

SEPAH: "İsrailin hava məkanına nəzarəti tam ələ keçirmişik"
İran İsrailin hava məkanına tam nəzarəti bərqərar etməyə nail olub.
Oxu.Az-ın xəbər verir ki, bu barədə IRNA İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.
İsrail hakimiyyəti İran tərəfinin gözlənilməz bəyanatına hələlik cavab verməyib.
"Mehr" agentliyinin məlumatına görə, bir müddət əvvəl SEPAH İsrailin Təl-Əviv şəhərinin Neve Tzedek rayonunun sakinlərini təxliyə etməyə çağırıb.
Bundan əvvəl İsrail hərbçiləri iki dəfə İrandan ölkənin mərkəzi rayonlarının atəşə tutulmasını qeydə alıblar.
İran İsrailə yeni raket hücumu həyata keçirib.
Oxu.Az bildirir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu, son bir saat ərzində İsrail ərazisinə edilən ikinci raket zərbələridir.
Dağıntılar haqqında hələlik məlumat verilməyib.
İran ordusu İsrailə yeni raket zərbələri endirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
İsrail Ordusunun Mətbuat Xidməti də İran ərazisindən İsrail istiqamətində raketlərin buraxıldığını qeydə alıb.
"Hava hücumundan müdafiə qüvvələri onların qarşısını almaq üçün çalışır", - deyə İsrail ordusundan bildirilib.
İran Silahlı Qüvvələri İsraildəki hərbi hava bazalarına zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında məlumat verilir.
"Yeni genişmiqyaslı raket əməliyyatının hədəfi düşmən təyyarələrinin ölkəmizə hücum etmək üçün havaya qalxdığı İsrail hava bazaları olub", - bəyanatda qeyd olunur.
İran Silahlı Qüvvələri İsrail ərazisinə yenidən ballistik raketlər atıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, buraxılış İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçirilib.
İsrail hərbçiləri İran tərəfinin hücumu ilə bağlı məlumatı təsdiqləyiblər. İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidmətinin verdiyi məlumata görə, raketlərin vurulması üçün tədbirlərə başlanılıb. Ölkənin bir sıra ərazilərində hava hücumu təhlükəsi elan edilib.
İranın endirdiyi raket zərbələri nəticəsində İsrailin hərbi kəşfiyyat idarəsinin binasında, həmçinin "Mossad" kəşfiyyat xidmətinin qərargahında çoxlu sayda zabit və hərbi qulluqçu həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
İran ordusunun İsrail ərazisinə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi hadisə şahidlərinə istinadən məlumat verib.
Qeyd olunur ki, insanlar vaxtlarının çoxunu bomba sığınacaqlarında keçirirlər. Xarici diplomatlar, səfirlik əməkdaşları və İsrail vətəndaşları hazırda ölkəni qurudan İordaniya ilə sərhəddən, eləcə də Aralıq dənizi vasitəsilə Kiprə doğru tərk edirlər.
Məlumata görə, raket zərbələri elektrik enerjisi və yanacaq təchizatında fasilələrə səbəb olub.
İranın bu gün səhər saatlarında həyata keçirdiyi raket zərbələrindən biri "Qlilot" hərbi bazasında yerləşən 8200 nömrəli bölüyün obyektinə tuş gəlib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, həmin ərazidə həm "Mossad"ın, həm də İsrail Müdafiə Ordusunun Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) struktur bölmələri yerləşir.
Ümumilikdə, İranın busəhərki hücumları "Mossad"a və AMAN-a məxsus obyektləri hədəf alıb.
Hazırda zərbələrin dəqiq nəticələri barədə ətraflı məlumat yoxdur, çünki hadisənin birbaşa görüntüləri və nəticələrinə dair təsdiqlənmiş materiallar ictimaiyyətə təqdim olunmayıb. Buna görə də hücumun İran tərəfi üçün nə qədər uğurlu olduğu dəqiq deyil.
Bununla belə, Təl-Əvivin şimalında yerləşən Şaron bölgəsində hələ də yanmaqda olan bir binanın AMAN tərəfindən istifadə edildiyinə dair çoxsaylı məlumatlar yayılıb.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı "daha böyük və daha dağıdıcı" raket hücumunun başladığını bəyan edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı SEPAH məlumat yayıb.
İran ordusu İsrailin Təl-Əviv, Hayfa və digər hərbi obyektlərinə qarşı yeni silahlar və yüzlərlə pilotsuz uçuş aparatından (PUA) istifadə edərək hücumlar həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə İran ordusunun quru qoşunları komandanı Kiyumars Heydari açıqlama verib.
Heydari bildirib ki, yaxın saatlarda İran İsrailə qarşı hücumlarını daha da gücləndirəcək.
İran ordusu son hücumları əsnasında İsrailin Təl-Əviv və Hayfadakı strateji mövqelərini məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın IRIB dövlət televiziyası məlumat verib.
Məlumatda İranın İsrailin Herzliya şəhərində "Mossad" binasına raket zərbəsi endirdiyi də bildirilib.
İranın İsrailə son raket hücumu nəticəsində 5 nəfər yaralanıb.
Oxu.Az-ın xarici mediaya istinadən məlumatına görə, raketlərin bir hissəsi avtobus dayanacağına düşüb, nəticədə nəqliyyat vasitələri yanıb.
Həmçinin sosial şəbəkələrdə İran ballistik raketinin düşməsi görüntüləri yayılıb.
İsrail ordusu İrandan atılan raketlərin qarşısını almağa çalışır.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat verib.
Hazırda Təl-Əvivdə səs siqnalları səslənir, partlayış səsləri eşidilir.
SAXAL-ın verdiyi məlumata görə, Hərbi Hava Qüvvələri gecə saatlarında İsrail dövləti istiqamətində atılan 30-a yaxın pilotsuz uçan aparatı ələ keçirib.
Bundan əlavə, KİV İranın zərbələri nəticəsində gecə saatlarında Təl-Əvivdə çoxmərtəbəli binanın yandığı barədə məlumat yayıb.
İsrail Müdafiə Ordusu (SAXAL) İrandan yeni raket atıldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bəyanat İsrail ordusunun "Telegram" kanalında dərc olunub.
"İsrail Müdafiə Ordusu raketləri aşkar edib. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır", - məlumatda bildirilib.
Bundan əvvəl İranın İsrailin Nevatim aviabazasına qanadlı raketlə hücum etdiyi məlum olub. İran silahlı qüvvələrinin İsrailin ərazisində hərbi və tədqiqat bazalarının yerləşdiyi Negev səhrasını da vurduğu iddia edilir.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"
- ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
- Kats: "İran İsrailə qurudan girməyə hazırlaşırdı"
- İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi