Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İsrail Qəzzada BMT binasına zərbə endirib
İsrail hərbçiləri Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) Yaxın Şərqdəki binalarından birinə hücum ediblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumun hədəfi Qəzza zolağının şimalındakı Cəbaliyə bölgəsində yerləşən və əvvəllər BMT mərkəzi kimi istifadə edilən binada məskunlaşan radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarından ibarət dəstə olub.
İsrail hərbçilərinin məlumatına görə, zərbə zamanı bura HƏMAS-ın hərbi qanadının qərargahı olub və oradakı radikallar İsrail əsgərlərinə qarşı hücumlar planlaşdırıblar.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- "Haber Global": "Fələstinli əsir İsrail həbsxanasında gördüklərindən danışdı"
- İsrail XİN: "HƏMAS-ın azad etdiyi israilli qadının iki barmağı yoxdur"
- İsrail Qəzzada atəşkəs razılaşmasını hansı halda poza bilər?
- HƏMAS 3 israilli qadın girovu azad etdi
- İsrail 33 girovun müqabilində 1890-dan çox fələstinlini azad edəcək