İsrailin bütün ərazisində meşə yanğını ocaqları söndürülüb.
Oxu.Az APA-ya istinadən verdiyi məlumata görə, meşə yanğınları bu həftə eyni vaxtda İsrailin bir neçə rayonunda başlayıb.
İsrail hökuməti həmin rayonlarda fövqəladə vəziyyət rejimi elan edib və əhali evakuasiya edilib. Meşə yanğınlarının söndürülməsində Azərbaycan, Türkiyə Rusiya, Yunanıstan, İtaliya, Xorvatiya, İspaniya və Cənubi Kipr təyyarələri də iştirak edib.
Qeyd edək ki, İsrail Dövlətinin Hökumətinin müraciəti əsasında Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi 25 noyabr 2016-cı il tarixində İsrailə göndərilib. Təyyarə noyabrın 26-da yanğın yerlərinin kəşfiyyat xarakterli uçuşlarını həyata keçirmiş və 80 ton su atmaqla 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb.
A.M.
Rəylər