İstanbulun Bayrampaşa rayonu ərazisindəki ticarət mərkəzində partlayış törətmək istədikləri güman olunan İŞİD üzvləri yaxalanıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İstanbul polisi şübhəli şəxsləri izləyib. İŞİD-çilər saat 16:30 radələrində ağ rəngli avtomobili ticarət mərkəzinin açıq park yerində saxlayıblar. Avtomobildən çıxan 4 nəfər polis tərəfindən saxlanılıb. Əməliyyat zamanı şübhəlilərdən biri yüngül xəsarət alıb. Vətəndaşlar ərazidən uzaqlaşdırılıb.
Hadisə yerinə partlayıcı qurğuları zərərsizləşdirən mütəxəssislər çağırılıb.
Araşdırma aparılır.