İstanbulda Atatürk hava limanında enmə-qalxma zolağında İstanbul-Aktau və İstanbul-Taybey reysi üzrə uçuş həyata keçirən iki təyyarə toqquşub.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, “Türk Hava Yolları”na məxsus İstanbul-Taybey reysi üzrə uçuş həyata keçirən təyyarənin quyruq hissəsi zədələnib.
Sərnişinlər dərhal təxliyə edilib. Xəsarət alanlar barədə məlumat verilməyib.
Təyyarələrin hansı şəraitdə və hansı səbəbdən toqquşması barədə hələlik məlumat açıqlanmayıb.
A.M.