İstanbulda naməlum şəxslər təhlükəsizlik idarəsinin binasını qumbaraatandan atəşə tutub.
Oxu.Az-ın məlumatına görə, APA DHA-ya istinadən xəbər verir ki, insident Vətən prospektində qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə xeyli sayda polis cəlb edilib. Cinayətkarların tutulması istiqamətində əməliyyat başlayıb.
U.A.
www.oxu.az