Vaşinqtonda, Kapitolinin pilləkənlərində ABŞ-ın 45-ci prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Tramp Konstitusiyaya və ölkəyə sədaqət andı içib.
Dərhal sonra Kapitoli yüksəkliyində 21 artilleriya atəşi açılıb. Bundan əvvəl ənənəyə uyğun olaraq eyni andı vitse-prezident Maykl Pens içib.
U.A.
www.oxu.az