İstanbulda törədilən terror aktında ölənlərin sayı artıb və 39 nəfərə çatıb.
Oxu.Az “Hurriyet”ə istinadən xəbər verir ki, ölənlərdən 31 nəfəri polis, 8-i isə mülki vətəndaşdır. Daha öncə ölənlərin sayının 38 nəfər olduğu bildirilmişdi.
Partlayıcı qurğular “Beşiktaş” stadionu yaxınlığında eyniadlı futbol komandasının “Bursaspor” ilə futbol matçı keçirdiyi zaman işə salınıb.
N.O.
www.oxu.az