Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İsveçrədə hava satılır
İsveçrə startapı "Swiss Alpine Air" maraqlı ideya həyata keçirməyə başlayıb – firma başqa ölkələrə 7 litrlik qablara doldurulmuş təmiz dağ havası satmağa başlayıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə firmanın rəsmi saytı xəbər verir.
7 litrlik qablarda olan “təmiz, 100% xalis İsveçrə Alp havası”nın qiyməti 18 İsveçrə frankıdır (18 dollar). Üç bankaya görə endirimlə 46 frank, 12 flakona isə 172 frank ödəmək lazımdır.
N.О.
"İsveç" teqi üzrə xəbərlər
Ən çox oxunanlar