İtaliya A Seriyasının 5-ci turunda "Milan" doğma meydanda "Leççe"ni 3:0 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma Milandakı "Cüzeppe Meatsa" stadionunda keçirilib.
Hesabı 14-cü dəqiqədə "Milan"ın hücumçusu Kristian Pulişiç açıb. 61-ci dəqiqədə yarımmüdafiəçi Adrien Rabyo fərqi iki topa çatdırıb. 73-cü dəqiqədə isə "Milan"ın yeni transferi Diequ Moreyra əvəzetmədən meydana daxil olduqdan sonra üçüncü qolu vurub.
Qeyd edək ki, Moreyra ötən turda "Latsio" ilə 2:2 hesablı oyunda da əvəzetmədən meydana daxil olaraq dubl etmişdi.
Bu nəticədən sonra "Milan" 11 xalla A Seriyasının turnir cədvəlində beşinci pilləyə yüksəlib. "Leççe" isə 6 xalla 12-ci sıradadır.