Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İtaliyada rahibə mafiya ilə əlaqəyə görə həbs edilib
İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları "Ndranqeta" mafiya qrupunun klanlarından birinə qarşı əməliyyat keçirərək, digərləri ilə yanaşı, dəstə üzvləri ilə onların məhkum olunmuş həmkarları arasında əlaqə saxlayan rahibəni ev dustaqlığına buraxıblar.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Breşiya əyalətindəki Maliyyə qvardiyasının komandiri, polkovnik Françesko Maçeroni bildirib.
"Rahibə göstərişləri yerinə yetirib və məhbuslarla əlaqəni təmin edib. Bu münasibətlərdə pul məsələsi olmayıb, söhbət xidmət mübadiləsindən gedib", - agentliyin həmsöhbəti bildirib.
İstintaqda iştirak edən 25 nəfər barəsində müxtəlif həbs qətimkan tədbiri seçilib. Şübhəlilər arasında iki yerli siyasətçi də olub. 1.8 milyon avro dəyərində əmlak müsadirə edilib.
Qruplaşma Breşiya əyalətində qəsb, silah və narkotik alveri, çirkli pulların yuyulması, sələmçiliklə məşğul olub.
"İtaliya" teqi üzrə xəbərlər
- İranın Romadakı səfiri İtaliya XİN-ə çağırıldı
- İtalyan jurnalistin İranda həbs edilməsi ilə bağlı bəzi detallar məlum olub
- 2025-ci il UEFA Superkubokunun keçiriləcəyi şəhər açıqlanıb
- İtaliyada xizək yolunda görünən canavar sürüsü turistləri qorxutdu
- Argentina Prezidenti Xavyer Miley İtaliya vətəndaşlığı alıb
Rəylər