İtaliyanın Viterbo şəhərində Riello Universitetinin kampusunda yanğın baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "La Repubblica" nəşri məlumat verib.
Məlumata görə, yanğın 500 litr etanol və azot balonlarının saxlandığı laboratoriyanı bürüyüb.
Yanğın kənd təsərrüfatı fakültəsinin təmir və qaynaq işlərinin aparıldığı damında baş verib. Təmir işləri aparan işçilərdən biri hazırda itkin düşmüş sayılır.
Qeyd edək ki, Viterbo Romadan 100 km şimalda yerləşir.
İlkin məlumata görə, universitetin əməkdaşları və tələbələri arasında ölən və xəsarət alan yoxdur.