Belçikalı tiktokerlər Çempionlar Liqasının finalında PSJ-"İnter" matçını izləmək üçün "Allianz Arena"nın tualetində 27 saat keçirdiklərini açıqlayıblar.
Oxu.Az-in "İndependent"ə istinadən xəbərinə görə, Neal Remmerie və Senne Haverbeke "VRT News"a müsahibələrində bildiriblər ki, onlar matçdan bir gün əvvəl Münxen stadionuna girib tualet kabinəsində gizləniblər.
Qapıya evdə hazırlanmış "nasazıq" lövhəsi yapışdırdıqdan sonra bir gündən çox müddət ərzində stadionun tualetində vaxt keçiriblər.
"Bizim qəlyanaltılar olan bir kürək çantamız var idi və biz vaxt öldürmək üçün telefonlarımızda oynayırdıq", - deyə Remmeri bildirib.