İtaliyanın baş naziri Matteo Rentsi istefa verəcək.
Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bu bəyanatı o, konstitusiyaya dəyişikliklərlə bağlı referendumunun nəticələrinə həsr olunmuş mətbuat konfransında edib.
“Hökumətin tərkibində işim burada sona çatdı”, - o qeyd edib.
Rentsinin sözlərinə görə, o, açıq-aşkar məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürür.
“Sabah Nazirlər Şurasını toplayacağam, daha sonra Kvirnial sarayına istefa verməyə gedəcəyəm”, - RİA Novosti baş nazirin sözlərindən sitat gətirib.
Hökumət başçısı daha öncə əgər konstitusiya islahatlarına dair planı qəbul etməsələr, istefa verəcəyini bəyan etmişdi. Bundan başqa, müxalifət nümayəndələri, əsasən də “Şimal Liqası” partiyasının lideri Matteo Salvini baş nazir Rentsini istefa verməyə çağırıblar.
N.O.
www.oxu.az