Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İzmirdə 10-dan çox insanın yaralandığı eskalator qəzasının görüntüləri yayıldı
Türkiyənin İzmir şəhərində metronun eskalatorunda 11 nəfərin yaralandığı qəzanın görüntüləri yayılıb.
Videoda yuxarı doğru hərəkət edən eskalator anidən əks istiqamətdə hərəkətə başlayıb. Nəticəsində eskalatordan istifadə edən insanlar müvazinətini itirərək yıxılıblar.
Qeyd edək ki, hadisə Konak rayonunda metronun "Üçyol" stansiyasında dünən baş verib. Qəza zamanı yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar və tibbi müdaxilələrdən sonra evlərinə buraxılıblar.
Mənbə: "Anadolu" Agentliyi
"İzmir" teqi üzrə xəbərlər
- Türkiyə sakini üç ildən sonra ögey anası ilə görüşmək istədi: Çürümüş cəsədini və sümüklərini tapdı
- İzmirdə dəhşət: Qadın körpə uşağını dənizə atdı
- Egey dənizində ard-arda zəlzələlər: Türkiyədə təcili iclas çağırılır
- Türkiyədə kumpir yeyən qadın ölüb
- İzmirdə Qərbi Azərbaycan İcmasının Türkiyədəki nümayəndəliyi açılıb
Ən çox oxunanlar