İmam Adam Şahidov “İslam dövləti” terror təşkilatının adını “İblis dövləti”nə dəyişdirməyi təklif edib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov instaqram səhifəsində yazıb.
“İmam Adam Şahidov terrorçuların qanlı vəhşiliklərindən danışdı. O dedi ki, tanınmış İslam alimləri qərar qəbul ediblər ki, İŞİD-in fəaliyyətinin İslamla heç bir əlaqəsi yoxdur. Buna görə də təşkilat “İslam dövləti” adlana bilməz”.