Kakaonun birja qiyməti son 10 ayın ən aşağı səviyyəsinə çatıb.
Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istiandən xəbər verir.
Bildirilir ki, oktyabrın 2-də Nyu-York əmtəə birjasında (NYMEX) kakao füçerslərinin qiyməti ardıcıl üçüncü gün ucuzlaşıb.
Belə ki, dekabr ayı üzrə kakao paxlası füçerslərinin qiyməti 1.92% ucuzlaşaraq, hər ton üçün 6 547 dollar təşkil edib.
Kakao dənləri sonuncu dəfə 2024-cü oktyabrın 25-də bu səviyyədə alınıb satılırdı.