“Gürcüstanın qaz idxalının böyük hissəsini Azərbaycan təmin edir”.
Oxu.Az APA-nın Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxaber Kaladze deputatların iştirakı ilə keçirilən icıasda bəyan edib.
Onun sözlərinə görə, fevralda Azərbaycan ilə qaz idxalına dair mühüm sənədlər imzalanıb.
“Qazprom” ilə danışıqlara toxunarkən o, bildirib: “Biz “Qazprom” ilə Gürcüstanın maraqları adına danışıqlar aparmışıq. Növbəti danışıqlarda da biz ölkəmizin maraqlarını müdafiə edəcəyik”.
Qeyd edək ki, Gürcüstanın “qazprom” ilə danışıqları 2016-cı ilin aprelində başa çatıb. Saziş görə, Gürcüstan Ermənistana nəql edilən qazın 10%-ni alacaq.
N.O.
www.oxu.az