"Kalaşnikov" konserni AM-17 kiçik ölçülü avtomatının sınaqlarını başa çatdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a şirkətin prezidenti Alan Luşnikov bildirib.
"AM-17 hücum avtomatımızın atəş sınaqlarını başa çatdırdıq" ,- deyə Luşnikov məlumat verib.
O qeyd edib ki, silah Rusiya Müdafiə Nazirliyinin göstərişi əsasında hazırlanıb və "köməkçi bölmələr" tərəfindən istifadə olunacaq.
Hazırda silah üçün lazımi sənədlər tərtib edilir.
Xatırladaq ki, konsernin mətbuat xidməti hələ oktyabrın 8-də elan edib ki, "Kalaşnikov" 2025-ci ildə kiçik ölçülü 5.45 mm çaplı AM-17 avtomatının kütləvi istehsalına başlamağı planlaşdırır. İstehsalçı AM-17-nin 1979-cu ildə istifadəyə verilmiş AKS-74U silahını əvəz edəcəyini vurğulayır.
Rəylər