Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kanada və ABŞ arasında ticarət müharibəsi qızışır
Kanada hökuməti ümumilikdə 155 milyard Kanada dolları (106.5 milyard ABŞ dolları) dəyərində ABŞ mallarına 25 faizlik cavab rüsumları tətbiq edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Baş naziri Castin Trüdo bildirib.
"Mən ABŞ-nin atdığı ticarət addımlarına Kanadanın 155 milyard dollar dəyərində ABŞ mallarına 25% tariflərlə cavab verəcəyini elan edirəm", - deyə o bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp şənbə günü Kanadadan enerji idxalına 10%, digər mallara isə 25% rüsum tətbiq edən sərəncam imzalayıb. Tədbirlər fevralın 4-dən qüvvəyə minəcək.
Analoji tariflər Meksika və Çin məhsullarına da tətbiq ediləcək. Meksika Prezidenti Klaudiya Şeynbaum artıq ölkəsinin ABŞ-yə eyni tədbirlərlə cavab verəcəyini bildirib.
"Kanada" teqi üzrə xəbərlər
- "Haber Global": Pekinin Trampın qərarına əks-reaksiya verəcəyi gözlənilir
- ABŞ Kanada və Meksikaya rüsumların tətbiqinə başladı
- Trampın müşaviri ABŞ-Kanada sərhədinin yenidən nəzərdən keçirilməsinə çağırıb
- İlon Mask: "Kanada saxta ölkədir"
- Kanada Rusiyanın aktivləri hesabına Ukraynaya milyardlarla dollar verəcək