Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İcma: "Belçikanın yeni qurulmuş hökuməti Qərbi azərbaycanlılara qarşı ayrı-seçkilik edib"
"Belçika Krallığında yeddi aydır davam edən növbəti siyasi böhrandan sonra bir qrup siyasi partiya 2025-ci ilin fevral ayının 1-də koalisiya sazişi imzalayaraq hökumət qurub. Sazişdə Azərbaycana və azərbaycanlılara qarşı qeyri-konstruktiv və ayrı-seçkilik xarakterli müddəalar yer alır".
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyan edib.
"Koalisiya sazişində "dağlıq Qarabağ" kimi ifadələrdən istifadə etməklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməyə çalışılır. Bundan başqa, sazişdə Azərbaycandan köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir. Bu, Belçika hökuməti tərəfindən Qərbi azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkilikdir.
Belçika siyasi partiyalarının, ölkələrinə aidiyyəti olmayan bu kimi məsələləri sazişə daxil etmək və ayrı-seçkilik və beynəlxalq hüquqa zidd yanaşma sərgiləmək əvəzinə Belçikanın xroniki böhran içərisində olan siyasi sistemi ilə məşğul olmaları daha düzgün olardı.
Biz Belçikanın yeni qurulmuş hökumətini azərbaycanlılara qarşı etnik əsasda ayrı-seçkiliyə son verməyə, bölgədə sülhə mane olan addımlardan çəkinməyə və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırırıq", - bəyanatda qeyd olunub.

"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat - türk tarixinin izi
- İcma Ermənistandan ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirmə cəhdinə son verməsini tələb edir
- Ülviyyə Zülfiqar: "Aİ-nin Ermənistandakı missiyası "binokl diplomatiyasına" qəsdən davam edir"
- Qərbi Azərbaycan İcması: "Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir"
- İcma sədri: "XIX əsrə qədər regionda ermənilərə aid bir mülk də olmayıb"