Kanadanın cənubunda Saskaçevan vilayətində neft kəmərindən 200 min litr neft sızması olub.
Oxu.Az RT-yə istinadən xəbər verir ki, bu barədə “Globe and Mail” məlumat yayıb.
Kanada hökumətinin mətbuat katibi Keti Yanq bildirib ki, sızma Stoitondan 10 km aralıda baş verib.
Onun sözlərinə görə, hazırda qəzanın yaranma səbəbi dəqiq məlum deyil. Neftin ətraf çaylara axmadığı qeyd edilir.
Neft kəməri “Tundra Energy Marketing” şirkətinə məxsusdur.
Dekabrda Kanadanın baş naziri Castin Tryudo bütün ölkənin Arktik sularında neft-qaz hasilatını qadağan edib.
N.O.
www.oxu.az