Kanadanın Alberta əyalətindəki hərbi bazada baş verən güclü yanğın nəticəsində dörd hərbi qulluqçu həyatını itirib.
Oxu.Az-ın BBC-yə istinadən xəbərinə görə, bu barədə ölkənin Baş naziri Mark Karni məlumat verib.
O bu hadisəni Kanada silahlı qüvvələri tarixinin ən ağır faciələrindən biri adlandırıb. Hazırda 39 nəfər xəstəxanalarda müalicə alır, onlardan 19-nun vəziyyəti ağır qiymətləndirilir. Baş vermiş bədbəxt hadisə ilə əlaqədar ölkə ərazisində matəm elan olunub.
Rəsmi mənbələrin məlumatına görə, yanğın bazadan təqribən bir kilometr aralıda quru otların alışması ilə başlayıb. Alov sürətlə Alberta əyalətinin mərkəzi olan Edmonton şəhərindən 210 kilometr şərqdə yerləşən Ueynrayt hərbi bazasının poliqon ərazisinə yayılıb.
Güclü külək səbəbindən alov sürətlə yayılmağa davam edib və istiqamətini poliqonun inzibati zonasına tərəf dəyişib.