Kanadanın Kvebek vilayətindən olan təqaüdçü ikinci dəfə lotoreyada bir milyon ABŞ dolları udub.
Oxu.Az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, 69 yaşlı Jül Paran Loto-Quebec onlayn kazinosunda cekpot udub.
1,2 milyon dollarlıq uduşlu bilet üçün o cəmi üç dollar ödəyib.
Qeyd olunur ki, Paran 2008-ci ildə bir milyon dollar udmuşdu.
Kanadalı bu məbləğə özünə yeni ev tikəcəyini bildirib.
S.B.
www.oxu.az