Ağ Evin mətbuat katibi Karolin Levitt avqustun sonunda vəzifəsindən ayrılacaq.
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
"Ağ Evimizin gözəl mətbuat katibi, ən etibarlı köməkçilərimdən biri olan Karolin Levitt ayın sonunda gözəl övladları və ailəsi ilə daha çox vaxt keçirə bilmək üçün vəzifəsini tərk edəcək. Mən bu qərarı tam başa düşür və hörmətlə qarşılayıram.
Karolin mənim əsas ştatdankənar məsləhətçilərimdən biri və Respublikaçılar Partiyasında nüfuzlu fiqur olaraq qalacaq", - ABŞ lideri yazıb.
Qaynar xətt:
(055) 224 12 12