Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Keşişdən iddia: "İrəvanda etirazlarda qəlpəli qumbaralardan istifadə olunub"
Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.
Paytaxt İrəvanda etirazçılarla polis qüvvələri arasında vəziyyət getdikcə kəskinləşir. Belə ki, ötən gün baş verən toqquşmalarda aksiya iştirakçılarına qarşı istifadə edilən xüsusi avadanlıqlar sırasında təkcə səs bombası deyil, həmçinin qəlpəli qumbaralar da olub.
"Telegram"ın Ermənistan seqmentində "Vətən naminə Tavuş" hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın bununla bağlı fikirləri yer alıb.
"Ötən gün etiraz aksiyalarında iştirakçılara qarşı istifadə edilən xüsusi avadanlıqlar sırasında təkcə səs bombası deyil, həmçinin qəlpəli qumbaralar da olub.", - deyə o bildirib.
"Ermənistanda etirazlar" teqi üzrə xəbərlər
- Nikol Paşinyan üçün çətin dilemma: "Hərbi çevriliş riski artır"
- Ermənistanda hakimiyyət əleyhinə aksiya: Konstitusiya Məhkəməsinin binasına doğru yürüş keçirilir
- Ermənistan müxalifəti yenidən mitinq keçirəcək
- Ermənistan cəmiyyətində revanşizm ideyası yoxa çıxmayıb - Rəy sorğusunun kədərli nəticəsi
- Mixail Neyjmakov: "Aİ-yə daxil olmaq və konstitusiyaya dəyişikliklər bir "paket"ə salına bilər"
Rəylər