Kim Çen In Dövlət İşləri Şurasının sədri vəzifəsinə yenidən seçilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə KCNA məlumat verib.
Bu, Kim Çen Inın 2016-cı ildə yaradılan və ölkənin ən yüksək siyasi rəhbər orqanı olan Dövlət İşləri Şurasının Sədri vəzifəsinə ardıcıl üçüncü təyinatıdır.
Xatırladaq ki, Kim Çen In 2011-ci ildən KXDR-ə, 2016-cı ildən isə Dövlət İşləri Şurasına rəhbərlik edir. 2019-cu ildə ölkə Konstitusiyasına dəyişikliklər edilərək, o, dövlət başçısı və Koreya Xalq Ordusunun Ali Baş Komandanı təyin edilib. Əvvəllər Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri rəsmi olaraq dövlət başçısı hesab olunurdu.