2016-cı ilin kimya üzrə Nobel mükafatı çərşənbə günü Jan-Pyer Sovaj, Ceyms Freyzer Stoddart və Bernard Ferinqe verilib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Kral Akademiyası yanında Nobel komitəsi mükafatı “molekulyar maşınların işlənməsi və sintezinə görə” təqdim edib.
2016-cə ildə Nobel mükafatı laureatları 8 milyon İsveç kronu (931 min dollara yaxın) alacaq. Laureatların təltifetmə mərasimi ənənəvi olaraq Nobel mükafatçısının təsisçisi İsveç sahibkar və ixtiraçı Alfred Nobelin (1833-1896) vəfat etdiyi gün - dekabrın 10-da Stokholmda baş tutacaq.
N.O.
www.oxu.az