ABŞ və İran müvəqqəti nüvə sazişi üzrə danışıqların son mərhələsindədir və tərəflər razılaşma sənədini tamamlamağa yaxındırlar.
Oxu.Az xəbər verir ki, bu barədə CNN diplomatik müzakirələrin gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Mənbə iddia edir ki, Ağ Ev nümayəndələri və danışıqlar prosesinin digər iştirakçıları müvəqqəti razılığın əldə edilməsinin sonrakı danışıqlar üçün əsas olacağına və onun həyata keçirilməsi üçün konkret meyarların müəyyənləşdirilməsinə kömək edəcəyinə ümid edirlər.
Məlumatda həmçinin qeyd olunur ki, danışıqlar BMT-nin nüvə nəzarəti orqanı ilə işləyən Yaxın Şərq ölkələrindən ibarət beynəlxalq konsorsiumun yaradılmasına gətirib çıxara bilər.