Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbindəki Zintan şəhərində öldürülüb.
Oxu.Az bildirir ki, bu barədə "Abaad News" mənbələrə istinadən xəbər verir.
Mənbələr iddia edirlər ki, əl-İslam silahlı toqquşmalar zamanı naməlum silahlıların hücumuna məruz qalıb.
Həmçinin Qəddafinin oğlunun müşaviri onun ölüm xəbərini təsdiqləyib. Baş vermiş hadisənin digər təfərrüatı barədə məlumat verilmir.